NİKOİL Bank «NİKOİL | AVANS» depozit aksiyasına start verib

22.05.2013

NİKOİL Bank 20 may 2013-cü il tarixdən unikal «NİKOİL | AVANS» depozit aksiyasına start verib.

Aksiyanın şərtlərinə əsasən bu depoziti açan hər bir əmanətçi yatırımın açıldığı gün depozit üzrə ümumi gəlirin 50%-ni alacaq, üstəlik yatırımın özü bazarda ən yüksək sığorta dərəcəsi – illik 12%-lə açılır.

Bundan əlavə, aksiya çərçivəsində hər bir əmanətçi Bankdan zəmanətli dəyərli hədiyyə alacaq.

Aksiya üzrə yatırımın minimum məbləği – 1000 AZN/ABŞ dollarıdır. Depoziti 12, 18 və yaxud 24 aylıq müddətə açmaq olar.

Aksiya 31 avqust 2013-cü il tarixədək qüvvədədir.

Depozit Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə müvafiq olaraq sığortalanıb.

Bu gün NİKOİL| Bank əhaliyə demək olar ki, bütün tələblərə cavab verən çevik əmanət xəttini təklif edir: vəsaitlərin bir hissəsi gəlir itmədən müştərinin adından xeyriyyə məqsədləri üçün istifadə olunan - xeyriyyə əmanəti, faizlərin kapitallaşması ilə əmanətlər, həmçinin yetkinlik yaşına çatmayanlar üçün açılan uşaq yığım depoziti ola bilər.

Xəttdə faizlərin müxtəlif alınma variantları olan 1 aydan 36 ayadək müddətə əmanətlər təqdim olunur: aylıq, rüblük və müddətin sonunda.

Hal-hazırda NİKOİL| Bank müştərilərinə bazarda ən yüksək faiz dərəcələrindən birini –illik 13.9% faiz təklif edir.

Əlavə məlumat üçün xahiş olunur bankın istənilən filiallarına, www.nikoil.az korporpativ saytına müraciət edəsiniz, yaxud 981 qısa nömrəyə zəng vurasınız.

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru