NIKOIL | Bank təcrübə proqramını uğurla həyata keçirir

24.05.2018

2017-ci ilin aprel ayından başlayaraq NIKOIL | Bank ali məktəbi yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadların cəlb edilməsi üçün təcrübə proqramının həyata keçirilməsinə başladı. Bu dövr ərzində təcrübə proqramını 58 nəfər uğurla keçmiş, onlardan 26-ı artıq daimi işlə təmin olunmuşdu.

Proqram zamanı həmin gənclər müxtəlif şöbələrdə təcrübə keçmiş və beləliklə NIKOIL | Bank komandasının bir üzvünə çevrilmişdi. Onlara iş təcrübəsi ilə yanaşı, yeni bilik və bacarıqlara yiyələndikləri korporativ bank mühitində işləmək imkanı təqdim olunmuşdu. NIKOIL | Bankın bütün komandası gənc kadrların inkişafında fəal iştirak edir və onlara hərtərəfli dəstək verir. 

Təcrübə proqramı hazırda davam edir və NIKOIL | Bank təcrübə qazanmaq istəyən istedadlı gəncləri növbəti seçimlərdə iştirak etməyə dəvət edirik. Bütün maraqlanan şəxslər məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə cv@nikoil.az elektron poçt ünvanına tərcümeyi-hallarını göndərməlidir.

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru