NIKOIL | Bank xeyriyyə aksiyaları keçirib

01.06.2018

NIKOIL | Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində iki xeyriyyə aksiyası keçirib. Səhər saatlarında Bankın kollektivi Bilgəh qəsəbəsində Uşaqlar üçün Sümük-Vərəm Xəstəlikləri Dispanserini ziyarət edib və müalicə alan uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Günün ikinci yarısında NIKOIL | Bank -ın baş ofisində həm mərkəzi ofisin, həm də şəhər filiallarının əməkdaşlarının iştirakı ilə donor qanının verilməsi üzrə ənənəvi aksiya keçirilib.  

Korporativ sosial məsuliyyət proqramı çərçivəsində NIKOIL | Bank xəstə və yardıma ehtiyacı olan uşaqlara kömək üçün müntəzəm olaraq müxtəlif sosial və xeyriyyə aksiyaları keçirir. Bank rəhbərliyi və işçi heyətinin sosial fəallığı sayəsində NIKOIL | Bank artıq 10 ildən çoxdur ki qan bankının fəxri donoru adını layiqincə daşıyır.

Valyuta
16.01.2019
16.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.9000
    1.9750
  • RUB
    0.0244
    0.0256
  • GBP
    2.0800
    2.2200
16.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.9000 1.9750
RUB 0.0244 0.0256
GBP 2.0800 2.2200

Valyuta konvertoru