NIKOIL | Bank nizamnamə kapitalını 34 mln. manatadək artırdı

13.07.2018

NIKOIL | Bank 2018-ci ilin birinci yarımilliyinə yekun vurur, həmçinin nizamnamə kapitalının 34 mln. manatadək artması barədə bəyan edir.

Nizamnamə kapitalı artdıqdan sonra bankın ümumi kapitalı 106 mln. təşkil etmişdir, bu isə ümumi kapital üzrə minimal tələbdən 2 dəfə çoxdur. 10% minimal normada NIKOIL | Bank-ın kapitalının adekvatlıq əmsalı 28,3% təşkil etmişdir. 2018-ci ilin 1-ci yarimilliyinin sonuna müştərilərin pul vəsaitləri 2017-ci ilin analoji tarixinə olan göstəricidən 10% artıq olmuşdur. 2018-ci ilin 1-ci yarımilliyi üçün xalis əməliyyat gəliri keçən ilin eyni dövrü üzrə olan gəlirdən 30% artıq olmuşdur. 2-ci rübün nəticələrinə əsasən bankın ani likvidlik əmsalı 114% təşkil etmişdir.

2018-ci ilin birinci  yarımilliyi üzrə kredit portfeli 7% artmışdır. Bankın maliyyə kreditləşməsi sahəsində fəallığı ilə əlaqədar olaraq ən yaxın gələcəkdə kredit portfelinin növbəti artımı gözlənilir. NIKOIL | Bank həm fiziki şəxslərə, həm də kiçik və orta biznesə rahat və sərfəli kreditləşmə şərtləri təklif edir.

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru