Nikoil | Bank-ın inkişafı yolunda vacib həlqə

19.07.2018

Şirkət əməkdaşlarının peşəkarlığı və səriştəliliyi  istənilən təşkilatda uğura gedən yolda vacib həlqədir. Nikoil | Bank-da əməkdaşların ixtisasının artırılması və peşə  biliklərinin inkişafı biznesin prioritet sahələrindən biridir.

Bankın inkişafı yolunda görülən son tədbirlərdən biri “Müştəri yönümlü yanaşmanın əsasları” mövzusunda təlim sessiyaları keçirilmişdi.

Həmin təlim sessiyalarında aralarında əməliyyat xidməti, korporativ və pərakəndə biznes işçilərinin də olduğu bankın 100-dən artıq əməkdaşı iştirak etmişdir.

Həmin təlimlərdə iştirak edən əməkdaşlardan bir çox müsbət rəy daxil olmuşdur.

 “Əldə olunan bilik və bacarıqların təcrübədə tətbiqi bizə müştərilərimizin tələbatlarını daha yaxşı anlamağa imkan verəcək və ümumilikdə xidmətin keyfiyyətinə müsbət təsir göstərəcək” – deyə təlim iştirakçılarından biri öz fikrini bildirib.

Bu cür təlimlərdə iştiraka ön ofis əməkdaşlarının marağının yüksək olduğunu qeyd edən bir digər iştirakçı bu fikrini bankda keçirilən bütün təlimlərin peşəkar inkişafa imkan yaratmaqla yanaşı, onların motivasiyasına müsbət təsir göstərməsi ilə əsaslandırıb.

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru