İdxalçıların nəzərinə!

09.06.2017

“A.R. rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3. maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin qabaqcadan ödəniş aparıldığı gündən 180 gün müddətində malların ölkəyə idxalını təsdiq edən sənəd banka təqdim edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün iki iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslərin inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur.

Valyuta
16.01.2019
16.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.9000
    1.9750
  • RUB
    0.0244
    0.0256
  • GBP
    2.0800
    2.2200
16.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.9000 1.9750
RUB 0.0244 0.0256
GBP 2.0800 2.2200

Valyuta konvertoru