NIKOIL | BANK-ın əməkdaşı karate-do üzrə Avropa Çempionatının mükafatçısı oldu

18.05.2017

NIKOIL | BANK –ın əməkdaşı Həsən Quliyev 05-07 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazandı. Həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edirdi. 85+ kq çəki kateqoriyasında mübarizə apararaq, Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə etdi. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi oldu. Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir. "NİKOYL" İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır! 

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru