NIKOIL | Bank-ın əməkdaşı idmandakı nailiyyətlərinə görə fəxri fərmanla təltif edilib.

09.03.2017

5 mart - Bədən tərbiyəsi və İdman günü NIKOIL | Bank-ın əməkdaşı Həsən Quliyev karatedəki idman nailiyyətlərinə görə Yasamal rayonu Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Qara kəmər və ikinci dan sahibi olan Həsən Quliyev 1974-ci ildə dünyaya gəlib. O, karate ilə hələ məktəb illərində maraqlanmağa başlamışdır və 2000-ci ildən isə artıq peşəkar səviyyəyə keçmişdir. Həsən Quliyev şotokan - karate idman növündə +85 kq çəki üzrə Azərbaycan çempionu (2013), üç qat Avropa çempionu (2013, 2014 və 2015) və iki qat Dünya çempionudur (2013, 2014). 2016-ci ildə Həsən idman ustası dərəcəsi almışdır.

Qarabağ müharibəsi veteranı, Həsən Quliyev iyirmi ildən artıqdır ki, NIKOIL | Bank – ın əməkdaşıdır. Eyni zamanda o, özəl məşqçi olaraq da fəaliyyət göstərir.

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru