NIKOIL | Bank “Elektron hökumət” portalına qoşuldu

03.06.2015

“NİKOYL” İKB ASC “Elektron hökumət” - www.e-gov.az portalına qoşuldu. İndi bütün vətəndaşlar “Elektron hökumət” portalından qeydiyyatdan keçməklə fərdi şəkildə özləri haqqında şəxsi məlumatları formalaşdıra bilərlər. Bunu etməklə banklarda kreditləşdirmə prosesini özləri üçün sadələşdirmiş olacaqlar. Sadəcə onlayn yaradılan elektron arayışı banka göndərmək lazımdır. Qeyd olunan elektron arayış banklarda kredit verilməsi üçün sənədlər toplusunun yığılışını sadələşdirir. Qeyd edək ki, elektron arayışı www.e-gov.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməklə və ya bankın filiallarında quraşdırılmış xüsusi komyuterlər vasitəsilə formalaşdırmaq mümkündür. Daha ətraflı məlumat almaq üçün vətəndaşlar Portalın operatoru ilə 157 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil?ref=hl

Valyuta
19.01.2019
19.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.8950
    1.9600
  • RUB
    0.0248
    0.0258
  • GBP
    2.0800
    2.2300
19.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.8950 1.9600
RUB 0.0248 0.0258
GBP 2.0800 2.2300

Valyuta konvertoru