Ümumi məlumat

“NİKOYL” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 fevral 1994-cü il tarixdə 203 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmiş xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərir. Bank həmin tarixdə Azərbaycan Respublikasının “Ülpər” Kommersiya Bankının hüquqi varisidir.

Bank 29 aprel 2002-ci il tarixdə adını dəyişərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Nikoyl” Investisiya Kommersiya Bankı Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq qeydiyyata alınmışdır. Daha sonra 20.06.2005-ci il tarixdə “Nikoyl” İnvestisiya Kommersiya Bankı MMC adını dəyişərək “NİKOYL” İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.

“NİKOYL İKB” ASC Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq bank fəaliyyəti, maliyyə xidmətləri və investisiya qoyuluşu sahəsində ölkədə və xaricdə xidmətlər göstərir. Həmçinin, bankımız öz fəaliyyətində ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinin və ölkə iqtisadiyyətinin digər sahələrinin inkişafına yönəlmiş yerli və xarici investisiyaların, sərmayələrin və kreditlərin cəlb edilməsini təmin etmək, Azərbaycan kapitalının dünya maliyyə bazarlarına inteqrasiyasında, beynəlxalq iqtisadi və maliyyə münasibətlərində iştirak etmək məqsədini daşıyır.

Bankımız əldə etdiyi gəlirlərin böyük qismini Respublikamızın iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafı istiqamətində istifadə etməklə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verir.  

Bununla belə, sosial, mədəniyyət və ekoloji sahələrin inkişafı üçün həmin sahələrin maliyyələşdirilməsi məqsədi ilə tətbiq edilən dövlət və digər proqramlarının həyata keçirilməsində iştirak hər zaman bankımızın ümdə vəzifələrindən biri hesab edilir.

Hal-hazırda Bankın olkə daxilində 12 filial, 35 bankomat, 230 POS terminal mövcuddur.

Sizə xidmət göstərməklə qürur duyuruq!

Valyuta
16.01.2019
16.01.2019
Alış
Satış
  • USD
    1.7000
    1.7030
  • EUR
    1.9000
    1.9750
  • RUB
    0.0244
    0.0256
  • GBP
    2.0800
    2.2200
16.01.2019 Alış Satış
USD 1.7000 1.7030
EUR 1.9000 1.9750
RUB 0.0244 0.0256
GBP 2.0800 2.2200

Valyuta konvertoru