Fərhad Hacınski İsmayılbəy oğlu

  • Fərhad Hacınski İsmayılbəy oğlu
    İdarə Heyəti sədrinin birinci müavini
    Geri

    Fərhad Hacinski 1976-cı ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Universitetdə təhsil almaqla yanaşı Maliyyə Menecmenti ilə maraqlanmış və Azərbaycan Auditorlar Palatasının potensial təkmilləşdirmə proqramı çərçivəsində bir illik beynəlxalq layihədə iştirak etmişdir. O, Almaniyada Avropa İttifaqı Akademiyasında bu layihəni müvəffəqiyyətlə başa vuraraq, proqramda iştirak edən 500 peşəkar mühasib və maliyyə mütəxəssisi arasında 2-ci yeri tutmuşdur. Həmçinin  Mançester Universitetinin MBA dərəcəsini almış və CIMA-nın iki dərəcəsi üzrə sertifikatlara yiyələnmişdir.

    1999-cu ildən etibarən o FINCA AZERBAIJAN qeyri-bank kredit təşkilatında kredit mütəxəssisi kimi peşə karyerasına başlamışdır. Bundan başqa, o karyerasında sürətlə inkişaf edərək, Promtexbank JSKB ASC-də Kredit Departamentinin müdiri, UniBank-da Korporativ Müştərilər Departamentinin müdiri vəzifəsində çalışmışdır. 2002-ci ildə Fərhad Hacinski Almaniyanın Əmanətlər Kassası Fondunun (SBFIC) təklifini qəbul etmiş və Fondun Azərbaycanda müxtəlif layihələri üzrə bank məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Qeyd etmək lazımdır ki, Farhad Hacinski müxtəlif illərdə Bank Respublikanın Kredit Departamentinin müdiri, KredAqro qeyri-bank Kredit Təşkilatının Müşahidə Şurasının üzvü, Caspian Beynəlxalq İnvestisiya Şirkətinin (CIIC) İnvestisiyalar üzrə Direktoru, Rabitəbank QSC-nin İdarə Heyəti sədrinin müavini kimi bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Professional Solutions və H&N Partners kimi konsaltinq şirkətlərinin həmtəsisçisi olmuşdur.

    22 İyul tarixindən etibarən o, NIKOIL Bankın İdarə Heyəti sədrinin müavini kimi çalışır.

    Fərhad Hacinski, aktiv həyat tərzi sürür. Evlidir və iki uşağı var.

    tel.: (012) 981 (daxili 1212)
    mail: board@nikoil.az

    Yüklənmə tarixi: 22.07.2019
26.07.2019

Nikoil Bank-dan arzuları gercəkləşdirən Təcili kredit...

Yayın bu çılğın vaxtında xəyallarınızı həyacanlandıran səyahətlər sizi...

Valyuta
22.08.2019
22.08.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7020
  • EUR
    1.8550
    1.9100
  • RUB
    0.0252
    0.0260
  • GBP
    2.0300
    2.1000
22.08.2019 Alış Satış
USD 1.6990 1.7020
EUR 1.8550 1.9100
RUB 0.0252 0.0260
GBP 2.0300 2.1000

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et