Nikoil Bank fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər gördü

04.03.2019

Vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə dövlət tərəfindən çoxsaylı islahatlar həyata keçirilir. Bu sosial islahatlardan biri də 28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın imzalanması olmuşdur. Şübhəsiz ki, Fərman Prezidentimizin devalvasiyadan zərər çəkmiş insanlara misilsiz dəstəyidir və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş qərardır. Cənab Prezidentin inqilabi Fərmanı nəinki əhaliyə, həmçinin ölkənin iqtisadiyyatı və bank sektoru üçün də böyük dəstəkdir və bilavasitəvətəndaşlarla banklar arasında etimadın güclənməsinə təsir edir.

İlk növbədə bildirmək istərdik ki, Fərmanın icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

Eyni zamanda, Fərmanın icrası ilə əlaqədar görülən tədbirləri dəstəkləmək məqsədilə Nikoil Bank tərəfindən ilkin tədbirlər görülmüşdür.

Belə ki, 4 mart 2019-cu il tarixində Bankın Baş İdarəsində görüş keçirilmiş və Fərmanın icrası ilə bağlı tədbirləri dəstəkləmək və Bankla koordinasiyasını təmin etmək məqsədi ilə müvafiq işçi qrupu yaradılmışdır. Həmçinin, Bankın müştərilərinin Fərmanın icrası ilə bağlı suallarının Banka ünvanlanmasını və araşdırılmasını sadələşdirmək, habelə müştərilərin rahatlığını təmin etmək məqsədilə sual@nikoil.az elektron poçt ünvanının yaradılması qərara alınmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan elektron poçt ünvanı 4  mart 2019-cu il tarixindən etibarən müştərilərin müraciətlərini qəbul etməyə hazırdır.


Sorğu göndər

Valyuta
24.05.2019
24.05.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7010
  • EUR
    1.8600
    1.9050
  • RUB
    0.0257
    0.0265
  • GBP
    2.1400
    2.2000
24.05.2019 Alış Satış
USD 1.6990 1.7010
EUR 1.8600 1.9050
RUB 0.0257 0.0265
GBP 2.1400 2.2000

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et