Mastercard-la Disneyland Paris sehrini ailənizlə birlikdə yaşayın

12.10.2018

Bankımızın Mastercard debet və kredit kartları ilə Priceless Specials partnyorlarından alış-veriş edin və avtomatik olaraq lotareya iştirakçısına çevrilin. Qalibləri Disneyland Paris-ə ailəvi səyahət etmək şansı və 5 iPhone X gözləyir.

 Kampaniyanın şərtləri ilə tanış ol:

  •  Mastercard/Maestro kartları ilə Priceless Specials partnyorlarından (partnyorlar mastercard.az saytında sadalanıb) edilən hər bir alış-veriş lotereyada iştirak etmək üçün 1 şansa bərabərdir. Nə qədər çox əməliyyat edirsiniz, bir o qədər şansınız artacaq!
  • Disneyland Paris səyahət turuna aşağıdakılar daxildir: 4 nəfərə qədər yaşayış yeri (2 böyük və 2 uşaq) (Disney otelində 2 gecə/3 gün üçün 1 otaq), hər iki parka giriş biletləri, VİP sürətli keçid (sırada gözləməmək üçün), 820 Avro dəyərində qida, içkilər və alış-veriş vauçeri (4 nəfərə qədər ailə üçün), uçuş biletləri.
  • Kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur. Kampaniya mastercard.az saytında qeyd olunan Priceless Specials merçantlarında yerləşən partnyor-bankın POS-terminallarından Mastercard və ya Maestro kartı ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilərə şamil olunur.
  • Kampaniya 30 noyabr 2018-ci il tarixinədək etibarlıdır.

 Qaliblər 07 Dekabr 2018-ci il tarixində Lotoreya Təşkilatçısı tərəfindən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən xüsusi kompyuter proqramı vasitəsilə təsadüfi seçim prinsipinə uyğun olaraq müəyyən olunacaqlar. Lotoreyanın qalibləri 11 Dekabr 2018-ci il tarixində “525-ci Qəzet”-də  və Mastercard-ın rəsmi internet səhifəsində elan ediləcəklər.

 

Valyuta
20.03.2019
20.03.2019
Alış
Satış
  • USD
    1.6970
    1.7020
  • EUR
    1.8800
    1.9600
  • RUB
    0.0252
    0.0267
  • GBP
    2.1500
    2.3000
20.03.2019 Alış Satış
USD 1.6970 1.7020
EUR 1.8800 1.9600
RUB 0.0252 0.0267
GBP 2.1500 2.3000

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et