NIKOIL | Bank-dan valyuta kreditləri olan müştərilərinə güzəşt. 1 USD = 1.30 AZN!

17.02.2016

Artıq 22 il di ki NIKOIL | Bank öz maliyyə siyasətini və geniş sosial mədəniyyətini inamla nümayiş etdirir. Bank inkşaf edir və cəmiyyət qarşısındakı məsuliyyətin vacibliyini anlayaraq, Azərbaycan vətəndaşlarının iqtisadi və sosial səviyyələrinin artırılması üzərində işləyir. İldən-ilə Bank həm fiziki, həm də hüquqi şəxslərə göstərilən bank xidmətlərinin sürətini və həcmini artırır.

2015-ci ilin dekabr ayında milli valyutanın növbəti devalvasiyasından sonra, NIKOIL | Bank növbəti “Etibarlı dost dar gündə tanınar” adlı, ABŞ dolları ilə verilən istehlak və biznes kreditlərin sağlamlaşdırmasına yönələn, aksiyaya start verdi. Cari ilin 31 mart tarixinədək müştərilərə hər bir təminatsiz istehlak və biznes krediti üçün 1 USD = 1.30 AZN məzənməsi ilə kreditin tam qalığını ödəmək imkanı veriləcək!

Digər borcalanlar üçün fərqli güzəştli proqramlar tətbiq olunur. Kredit ödənişi zamanı əsas borcunu silinməsi ilk növbədə aparılacaq. Bundan əlavə müştərilərə valyuta kreditləri üzrə illik faiz dərəcəsinin azaldılması və ya kreditin müddətinin uzadılması imkanı verilir. Qeyd edək ki, bu kampaniya istehlak və biznes kreditlərinə şamil olunur. Kampaniya haqqında ətraflı məlumatı (012) 981 qısa nömrəsinə zəng vuraraq ala bilərsiniz.

Bugün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

Valyuta
17.09.2019
17.09.2019
Alış
Satış
  • USD
    1.6990
    1.7030
  • EUR
    1.8550
    1.9100
  • RUB
    0.0256
    0.0265
  • GBP
    2.0500
    2.1600
17.09.2019 Alış Satış
USD 1.6990 1.7030
EUR 1.8550 1.9100
RUB 0.0256 0.0265
GBP 2.0500 2.1600

Valyuta konvertoru


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et