Əsas səhmdar NIKOIL | Bankın depozit portfelini artırdı

24.11.2015

NIKOIL | Bankdan alınan məlumata görə, onun əsas səhmdarı keçən həftə Bankda ümumi həcmi 10 mln. ABŞ dolları məbləğində əmanət yerləşdirmişdir, bununla Bankın məcmu depozit portfelinin həcmini 266 mln. AZN-dək artırmışdır.

Onu da qeyd etmək istərdik ki, 2015-ci ilin üçüncü rübünün sonuna NİKOİL | BANK-ın fiziki şəxslərin müddətli əmanətləri üzrə depozit portfelinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35% artaraq 211 mln. AZN təşkil etmişdir. Əhalinin müddətli əmanətlərinin həcmi birinci rübün əvvəlinə 165 mln. AZN təşkil etmiş, cari il üzrə artım 46 mln. AZN olmuşdur.

Həmçinin 23 noyabr tarixindən etibarən Nikoil | Bank ənənəvi yeni il “Nikoil | 2016” əmanət aksiyasının başlanmasını elan etmişdir. İstənilən şəxs 1000 AZN/USD/EURməbləğindən az olmayaraq, 3 aydan 60 aya qədər müddətə əmanət yerləşdirməklə bankdan əmanət faiz dərəcəsinə +1% hədiyyə qazanacaqdır. Aksiya 25 yanvar 2016-cı ilə qədər davam edəcək. Əmanət üzrə sərfəli faiz dərəcəsi ilə yanaşı hər bir əmanətçi Bankdan dəyərli hədiyyə - 15 000 USD məbləğində pul kisəsi və 20 ədəd müasir smartfon qazanmaq üçün şans əldə edəcəkdir.

23.08.2019

Nikoil bank starts a loan campaign dedicated...

Nikoil Bank starts a loan campaign dedicated to...

Currency
17.09.2019
17.09.2019
Buying
Sales
  • USD
    1.6990
    1.7030
  • EUR
    1.8550
    1.9100
  • RUB
    0.0256
    0.0265
  • GBP
    2.0500
    2.1600
17.09.2019 Buying Sales
USD 1.6990 1.7030
EUR 1.8550 1.9100
RUB 0.0256 0.0265
GBP 2.0500 2.1600

Currency converter


Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil ol Sayta davam et